Azərbaycanda məşhur futbolçu həbs edildi

Azərbaycanda məşhur futbolçu həbs edildi
  • İDMAN

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, M. Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR