Maska tələbinin aradan qalxmasından sonra insanların gözlədiyi daha bir qərar var: karantin rejimi qaydalarının pozulmasına görə cərimələrin ləğv olunması. Çünki bəziləri hələ də belə qayda pozuntularına görə cərimələrini ödəməyiblər.
Aktual.az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Razi Nurullayev "Xəbər Ertəsi"nə bildirir ki, cərimənin tətbiq edilməsində məqsəd insanların sağlamlığının qorunması idi.
Amma bir sıra məhdudiyyətlərin yumşaldılması əsas verir ki, bu cərimələr də ləğv olunsun.
Millət vəkili deyir ki, bir sıra Avropa ölkəsində sözügedən qərar verilib və Azərbaycanda da bu hal artıq zəruri hesab edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbər 1378 dəfə oxunub.