Gəncə şəhərində maskalılar evə silahlı basqın edib.
Aktual.az report-a istinadən xəbər verir ki, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn,1998-ci il təvəllüdlü Əbruz Asəf oğlu Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə "102" xidmətinə zəng edib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Bayram oğlu və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.
Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd "Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı müəyyən olunub ki, A.Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.
Qeyd edək ki, soyğun zamanı onların götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük istintaqa təhvil verilib.
Xəbər 462 dəfə oxunub.