Azərbaycanda magistratura yaradılacaq təşkilatların əhatə dairəsi artırılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında müzakirəyə çıxarılan Təhsil haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bundan sonra magistratura elmi-pedoqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə bərabər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da yaradıla bilinəcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən indiyə qədər magistratura elmi-pedoqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılıb.\trend