Azərbaycanda magistratura ilə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda magistratura ilə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda "Təhsil haqqında" qanuna magistratura ilə bağlı dəyişiklik edilir.

Trend-in məlumatına görə, dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən qanunun 22.5-ci maddəsində "təhsil müəssisələrində" sözlərindən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda" sözləri əlavə edilib.

Qanunun hazırkı maddəsinə əsasən isə magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Xəbər 811 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR