Azərbaycanda LPG istehsalı 14%-ə yaxın artıb

Azərbaycanda LPG istehsalı 14%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 168,6 min ton yanacaq kimi istifadə edilən, təzyiq altında maye halında saxlanılan propan və butan istehsal edilib, bu da illik müqayisədə 13,8% çoxdur.
Bu barədə Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin yanvar-sentyabr aplarında qeyd olunan göstərici 148,2 min ton səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, propan və butan Mayeləşdirilmiş Neft Qazının və ya maye qaz (liquefied petroleum gas - LPG) əsas komponentləridir. Satış çeşidinin tərkibində adətən, tərkibində az miqdarda propilen, butilen, izobutan və izobutilen olan qazların qarışığından ibarət olur və konteynerlərdə təzyiq altında saxlanılır. Propan və butanın qarışığı, istifadə məqsədindən və ilin fəslindən asılıolaraq dəyişir. Maye qaz qızdırılma üçün və nəqliyyatda yanacaq kimi istifadə oluna bilər.


Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR