Azərbaycanda kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələbləri pozanlar cərimələnəcəklər.
Milli Məclisdən Aktual.az-a verilən məlumata görə, bu məsələ ilə bağlı İnzibatı Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Yeni dəyişikliklərə əsasən, məcəlləyə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə ayrıca maddə daxil edilib.
Məcəlləyə edilən bu dəyişikliyə əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimələnəcəklər.
Aktual.az