Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Quba rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Yol qəzasına düşən avtomobildəki sərnişinlərdən Anar Akif oğlu Ağayev dünyasını dəyişib, onun qardaşı Arzuman Akif oğlu Ağayev ağır vəziyyətdə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hər iki şəxs modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşlarıdır. Dünyasını dəyişən A.Ağayev ailəlidir, iki övladı var.
Quba Rayon Mərkəzi Xəstəxanasının Qəbul şöbəsindən verilən məlumata görə, Anar Ağayev xəstəxanaya daxil olarkən vəfat edib, digər qardaş Arzuman isə sağ budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
Allah rəhmət eləsin.