Azərbaycanda jurnalist və aparıcı olmaq istəyənlərə xoş xəbər - TƏLƏSİN

Azərbaycanda jurnalist və aparıcı olmaq istəyənlərə xoş xəbər   - TƏLƏSİN


"Elit Academy" və AZXEBER.COM informasiya portalı gənc jurnalistlər və jurnalist olmaq arzusunda olanlar üçün jurnalistika kursuna start verir.

İndiyədək reallaşdırılan jurnalistika kurslarından bir sıra özəl cəhətləri ilə fərqlənəcək layihə ödənişli olacaq və 3 ay davam edəcək.

Kursda gənclərə jurnalistkanın müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər öyrədiləcək. Ayrı-ayrı mövzularla bağlı keçiriləcək dərslərlə yanaşı, kursda jurnalist olmaq arzusunda olan gənclər Azərbaycanın müxtəlif sahələrdə fərqlənən tanınmış jurnalistləri, siyasət, elm, mədəniyyət adamları ilə görüşəcəklər.

Kurs çərçivəsində gənclər ölkəmizin nüfuzlu media orqanları ilə tanış olacaq, təcrübə keçmək imkanı qazanacaqlar. Fərqlənən kurs iştirakçılarının materialları ölkəmizin tanınmış media orqanlarında yayınlacaq.

"Elit Media Academy" eyni zamanda kursun iştirakçısı olacaq gənclərə indiyədək rastlaşılmayan böyük fürsət qazandırır. Belə ki, kursun sonunda fərqlənən bir neçə gəncə akademiyanın hesabına Türkiyənin İstanbul şəhərində bu ölkənin ən nüfuzlu media orqanları ilə tanışlıq imkanı yaradılacaq.

Kursda Azərbaycanın ən tanınmış teleaparıcıları, jurnalistləri, media kapitanları gənclərə dərs deyəcək.

"Elit Media Acedemy" təqdim edir:

►ANS-in məşhur aparıcısı Murad Əzimzadənin təqdimatında "Elit Media Academy"– nin nəzdində improvizə olunmuş tok – şou! Tok-şou-nin sirləri, peşəkar aparıcılığın sirləri dərsləri

►ANS-in ən məşhur xəbər aparıcısı Nigar Mahmudovadan diksiya, nitq mədəniyyəti dərsləri

►Lider TV-nin "Səda" xəbərlərinin aparıcısı, əməkdar jurnalist Mehman Mehdiyevdən xəbərçilik dərsləri, xəbəri yazmağın metodları

►Tanınmış hüquqşünas Vüqar Səfərlidən "Media Hüququ" dərsləri, jurnalistlərin hüquq və vəzifələri nələrdir?

► Hər həftə media kapitanları, baş redaktorlar, tanınmış teleaparıcılarla görüşlər, onlardan müsahibələrin alınması

►Qeydiyyata düşmək üçün yerlər məhduddur: 012-564-93-67 və ya 055-555-40-59 telefonuna zəng vurun və akademiyaya üzv olun.

►Sizi "Elit Media Academy"də gözləyirik!

Kurslara yazılmaq üçün son tarix 30 oktyabrdır. Dərslərə noyabr ayının əvvəlindən start veriləcək.

Xəbər 1930 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR