"Azəristiliktəchizat" ASC istilik və isti su üzrə tariflərin artırılmasına ehtiyac görmür.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, tariflərin dəyişməsi prinsipcə Tarif (Qiymət) Şurasından asılıdır: "Lakin biz istilik və isti su tariflərinin artırılması xahişi ilə Tarif Şurasına müraciət etməmişik və yaxın gələcəkdə də bu məsələ gündəmdə deyil".
Aktual.az