Azərbaycanda istehlak kreditləşməsi 12%-ə yaxın artıb

Azərbaycanda istehlak kreditləşməsi 12%-ə yaxın artıb

Bu ilin fevral ayının 1-ə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi toplam 19 milyard 115,1 milyon manat təşkil edib.
Aktual.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin fevral ayının 1-ə nisbətən 11,5 faiz və ya 1 milyard 967,4 milyon manat, cari ilin yanvar ayının 1-i ilə müqayisədə isə 0,3% və ya 62,2 milyon manat çoxdur.
Qeyd edək ki, fevral ayının 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 31 milyard 863.7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,7 faiz və ya 2 milyard 538,4 milyon çoxdur. Aylıq müqayisədə isə bu göstərici 0,3 faiz və ya 83 milyon manat azalıb.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR