Dünən Ağdaş rayonunda törədilmiş qətlin səbəbi məlum olub.
Lent.az xəbər verir ki, Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumovla ağacla vurub öldürdüyü 51 yaşlı Baxşalı Əliyev qohum olub. Belə ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.
İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev "Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.
Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.
*****
Ağdaş rayonunda qətl törədilib.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 24-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində rayon sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Əliyev orada ölüb.
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Xəbər 2726 dəfə oxunub.