Azərbaycanda işəgötürənlərə daha - Sərt qaydalar

Azərbaycanda işəgötürənlərə daha   - Sərt qaydalar

Azərbaycanda əlilləri və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri kvota üzrə işə götürməyənlər 2000 manata qədər cərimələnəcəklər.

Milli Məclisdən  Aktual.az-a verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsinə daxil edilib.

Yeni layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə 1000 manatdan 2000 manata kimi cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimənin məbləği 50 manatdan 90 manatadəkdir.

Qeyd edək ki, bu tələblərin gələn il mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir. 

 Aktual.az

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR