İmişlidə şirkətdə oğurluq hadisəsi baş verib.
"Report”un xəbərinə görə, "İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus "MLS 2121” markalı ov tüfəngi oğurlanıb.
Oğurluq hadisəsi onun ofisində qeydə alınıb.
Daha sonra şirkət rəhbəri bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 487 dəfə oxunub.