Xaçmaz rayonunda qətlə hadisəsi baş verib.
Məlumata əsasən Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (APA)