2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 384,3 min nəfər olub, onlardan 5 milyon 105,2 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 869,0 min nəfər, qeyri-dövlət sektorunda isə 928,4 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31 min nəfər, qeyri neft-qaz sektorunda isə 1766,4 min nəfər çalışıb.
Xəbər 49 dəfə oxunub.