Bu gün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet yenidən kəsilib.
Qeyd edək ki, noyabrın 16-da da ölkə üzrə internet kəsilmişdi. Problem ilkin provayder “Delta Telecom”un DATA-mərkəzinə qoşulan xətlərin birində baş vermiş tüstülənmə ilə əlaqədar idi.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bir qədər əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir.