Azərbaycanda internet problemilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda internet problemilə bağlı   RƏSMİ AÇIQLAMA

Azərbaycanda internetlə bağlı yaranan problem digər ölkələrə tranzit trafikinə təsir etməyib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin nəqli ilə bağlı heç bir problem yaranmayıb: “İnternetlə bağlı problem Azərbaycanın birinci provayderinin texniki mərkəzində avadanlığın yanması səbəbindən yaranıb. Lakin Gürcüstan, İran və Yaxın Şərqə gedən internet kanalları tam gücü ilə işləyirdilər və ona görə də, Azərbaycandan keçən tranzit trafiki ilə bağlı problem yaranmayıb”

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR