Bir neçə dəqiqədir ki, Azərbaycanda internet və mobil şəbəkədə problem yaranıb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə İçərişəhər metrosu yaxınlığında partlayış səsi eşidilib. Ondan sonra isə ölkə üzrə bütün internet və mobil şəbəkəsində problem yaranıb.
Onu da bildirək ki, bu, son 1 ayda artıq 2-ci dəfədir ki, baş verir. Bir müddət əvvəl də mobil şəbəkədə olmasa da, internet şəbəkəsində prolem yaranmışdı və bir neçə dəqiqə sonra həll edilmişdi.
Sosial şəbəkələrdə ölkədə internetin çökməsi ilə bağlı ilginc məlumatlar yayılıb.
Yayılan məlumatlarda bildirilir ki, Azərbaycanda əsas internet satışını həyata keçirən “Delta Telecom”un Data Mərkəzində yanğın baş verib. Server otağında baş verən yanğına görə internetin ötürülməsində problem yaranıb. Məlumatı hadisə yerində olan yanğınsöndürənlər verib və yanan serverlərin bərpa olunması bir neçə gün çəkəcək. Ehtimal var ki, ölkə ərazisində bir neçə gün internet zəif olacaq.