Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yer tutur.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, qan dövranı xəstəliklərindən insanların dünyasını dəyişməsi halları ötən illərlə müqayisədə nisbətən azalıb.
2015-ci ildə əhalinin hər 100000 nəfərinə 344.5-i qan dövranı xəstəliklərindən vəfat edib. 2014-cü ildə bu rəqəm əhalinin hər 100000 nəfərinə 353.6, 2013-cü ildə əhalinin hər 100000 nəfərinə 369.8 olub.
İnsanların ölümünə səbəb olan digər xəstəliklər arasında yenitörəmələr, həzm sistemi xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin yaranan xəstəliklər üstünlük təşkil edir.