Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov
Aktual.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Unikal.az-ın əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi Azərbaycan Ordusunun hərbçisidir. Nicat Nəbiyev müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE), Elvin Quliyev isə gizir rütbəsi daşıyırdı.
Xəbər 411 dəfə oxunub.