Azərbaycanda iki dövlət qurumu ləğv edildi

Azərbaycanda iki dövlət qurumu ləğv edildi

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan iki qurum ləğv olunub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tabeçiliyində olan Xocalı təsərrüfat hesablı təmir-tikinti sahəsi ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11 a ünvanına bildirə bilərlər.

Bundan başqa, həmin mərkəzin tabeçiliyində olan xüsusi ixtisaslaşdırılımış tikinti-quraşdırma idarəsi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11a ünvanına bildirə bilərlər.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR