Azərbaycanda hər il abort edilən uşaqların ŞOK STATİSTİKASI

Azərbaycanda hər il abort edilən uşaqların   ŞOK STATİSTİKASI

Azərbaycanda hər il 20 min uşaq abort edilir. Bunu Aile.lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E. Səfərovun sözlərinə görə, 2014-cü ildə ölkədə doğulan uşaqların sayı 170 min 503 olub: “Bu isə o deməkdir ki, hər il doğulacaq uşaqların 10 faizə yaxınını itiririk. Qeyri-qanuni abortların edilməsi faktlarının mövcudluğunu nəzərə alsaq, ölkədə abortlarla bağlı statistika daha da yüksəkdir. Bəzən tibbi göstəriş olmadan döl qeyri-qanuni olaraq abort edilir. Buna səbəb valideynlərin bir qız uşağından sonra ikinci qız övladının doğulmasını istəməməsi və yaxud iki uşaqla kifayətlənməsi kimi faktlardır”.

Aktual.az

Xəbər 1782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR