Azərbaycanda həbsxanaya narkotika keçirmək istədilər

Azərbaycanda həbsxanaya narkotika keçirmək istədilər

Penitensiar Xidmətin Baş idarəsi, cəzaçəkmə müəssisələri və Bakı İstintaq təcridxanası əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri axtarış-baxış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt qeydə alınıb.

Aktual.az  bildirir ki, qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxsMusa Nazim oğlu Bayramova qardaşı Abşeron rayonu sakini Mahir Nazim oğlu Bayramovtərəfindən göndərilmiş banderola baxış keçirilən zaman içərisində idman şalvarının gizli saxlanc yerinə tikilmiş 0,470 qram narkotik vasitə hesab olunan heroin və 0,926 qram limon duzu aşkar edilərək götürülüb.

Növbəti iki fakt 03.08.2016-cı il tarixdə qeydə alınıb. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək həbs olunmuş Abbas Mirqadir oğlu Məmmədov Bakı İstintaq təcridxanasına qəbul olunan zaman üzərinə baxış keçirilərkən xüsusi üsulla gizlətdiyi narkotik vasitə olan 0,140 qram heroin və 3,590 qram tiryək aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmişRövşən Fərahim oğlu Nəsirovun Bakı İstintaq təcridxanasına qəbul edilərkən üzərində axtarış-baxış tədbiri keçirilmiş və düz bağırsağında gizlətdiyi sellofan bükülüdə ümumi çəkisi 3,4 q olan 17 ədəd tramadol dərman həbi aşkar edilərək götürülüb.

Narkotik vasitələrin və psixotrop maddələrin penitensiar müəssisələrə ötürülməsi ilə əlaqədar aşkar olunmuş 8 fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim edilib.

Hazırda gücləndirilmiş rejim və axtarış-baxış tədbirləri davam etdirilir.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR