Azərbaycan Basketbol Federasiyası sərt cəzalar verib.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, qurumun Nizam-İntizam Komissiyası ölkə çempionatının III turunda baş verən qayda pozuntularına hüququ qiymət verib.
Belə ki, yarışın 3-cü həftəsində "Araz" - "Sıçrayış" duelində ev sahiblərinin hakim Toğrul Həsənovun verdiyi qərarlarla bağlı etirazı özlərinə baha başa gəlib. Nizam-İntizam Komissiyasının iclasında onların oyunçusu Ruslan Məmmədov 2 matç, baş məşqçiləri Nizami Kərimzadə isə pley-off mərhələsinə qədər diskvalifikasiya olunub.
Həmçinin, hakim Toğrul Həsənov ölkə çempionatının növbəti 3 turundan kənarlaşdırılıb.