Azərbaycanda hakim vəfat etdi

Azərbaycanda hakim vəfat etdi

Azərbaycanda məhkəmə hakimi vəfat edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının bu gün keçirilən ümumi yığıncağında bildirilib.
 
Qeyd edilib ki, Goranboy Rayon Məhkəməsinin hakimi Şirzad Hüseynov ötən gün dünyasını dəyişib. Onun xatirəsi iclas iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
 
Qeyd edək ki, Ş.Hüseynov bundan əvvəl Tovuz, Samux və Ağstafa rayon məhkəmələrində hakim vəzifəsində çalışıb.
 
Aktual.az
Xəbər 759 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR