Azərbaycanda gözdən əlillərin sayı AÇIQLANDI

Azərbaycanda gözdən əlillərin sayı   AÇIQLANDI

Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir.

Aktual.az  bildirir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən azvision.az-a verilən məlumata görə, Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım əsas tibbi-sosial problemlərdən biridir. Bu problemin həll edilməsində Milli oftalmologiyanın nailiyyətlərinin böyük rolu vardır. 

Məlumatda qeyd edilib ki, ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,0 mindən artıq xəstə müraciət edir, onlardan 5 minə yaxın birincili müraciətlərdir. 

Masallı Regional Şöbəsinə ay ərzində orta hesabla 460-dan artıq xəstə, Gəncə Filialına isə 1000-dən artıq xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı isə 92 976 nəfərdir.

Qeyd edək ki, 8 avqust 2004-cü ildən Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu bayram dünya şöhrətli oftalmoloq Svyatoslav Nikolayeviç Fyodorovun anadan olduğu gün ilə bağlıdır (08.08.1927). 

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR