Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3 % azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3 % azalıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 979,974 milyon manat təşkil edib.
Aktual.az  DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 52,45 % artaraq 757,021 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22 % azalaraq 1 146,697 milyon manat, aksizlər üzrə daxilolmalar 2 % artaraq 63,552 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 25,4 % azalaraq 12,704 milyon manat olub.

Xəbər 726 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR