Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı 2,1 milyonu keçib.
Aktual.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
"Bu, 3 il əvvəllə müqayisədə 65,4 % çoxdur. Son 3 ildə genişzolaqlı internet istifadəçilərin sayının 800 mindən çox artması, internet provayderlərinin sayının isə 170-ə çatması bu sahədə maneələrin olmadığını göstərir", - deyə o qeyd edib.
Xəbər 114 dəfə oxunub.