Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Bu ilin oktyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrda əlavə olaraq 9 451 sığortaolunana fərdi şəxsi hesab açılıb.

 Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bu ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,38 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 136 356 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,18 faizi (1 856 005 nəfər) kişi, 40,82 faizi (1 280 351 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25 faizini (783 806 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,26 faizini (666 819 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,58 faizini (645 639 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,18 faizini (664 266 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,98 faizini (375 826 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Aktual.az

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR