Azərbaycanda federasiyanın sabiq baş katibi faciəvi şəkildə həlak oldu

Azərbaycanda federasiyanın sabiq baş katibi faciəvi şəkildə həlak oldu

Azərbaycan Velosiped Federasiyasının sabiq baş katibi Anna Qladçenko dünyasını dəyişib.
 
Aktual.az xəbər verir ki, o, avqustun 1-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də baş verən avtomobil qəzasında həyatını itirib.
 
Qladçenko əvvəllər həm də Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru kimi də fəaliyyə göstərib. Sonuncu iş yeri isə Azərbaycan Velosiped Federasiyası olub. O, qurumda Hakimlər Kollegiyasının sədri vəzifəsində işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.

Qəza baş verərkən sükan arxasında onun əri Vitali Qladçenko olub. Onun idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən o, idarətməni itirib. Nəticədə maşın yolun kənarına aşıb və salonda olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb. 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova isə xəsarət alaraq Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sultanova aldığı xəsarətlərdən elə xəstəxanada dünyasını dəyişib.
 
Qladçenkonun həyat yoldaşı da əvvəllər velosiped idmanı ilə məşğul olub. O, milli komandanın baş məşqçisi işləyib. Hazırda isə ROEİUGVİM-in məşqçi-müəllimidir.
 
Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər 802 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR