Bərdə rayonunda faciəvi hadisə baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Bərdə rayonu Şorəlli kəndində Həsənov Səxavət Qənimət oğlunun tikdirdiyi evin 2-ci mərtəbəsində inşaat işləri aparılarkən tavana döşənmiş dəmir beton piltələri uçub.
Nəticədə evdə fəhlə işləyən Yevlax rayonu Xaldan kənd sakini, 1973-cü il təvəllüdlü Kərimov Azay Xaliq oğlu uçqunun altında qalıb və Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.