Fərdi evlərin tikintisi daha dinamik şəkildə aparılacaq. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik olacaq.
Hazırda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi üçün icra hakimiyyəti orqanlarından icazə tələb edilmir. Sadəcə müvafiq qurumlara məlumat verilməlidir.
Aktual.az xezerxeber.com-a istinadən bildirir ki, yəni 1 ay ərzində tikinti üçün xüsusi irad olmurdusa, vətəndaş inşaata başlaya bilərdi.
Milli Məclisdə müzakirəyə çıxarılacaq yenilik qəbul edilsə, sözügedən 1 aylıq müddət də qısalacaq.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, təkliflər qəbul edilərsə, bu zaman sözügedən parametlərdə olan fərdi evlərin tikintisi daha güclənə bilər.