"Son illər Azərbaycanda erkən nikahların sayı azalır”.
APA-nın xəbərinə görə, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, bu gün ölkədə gənc qızlar təhsillərini davam etdirməyi, karyera qurmağı üstün tuturlar.
Erkən nikahların sağlamlığa ziyanları barədə danışan S.Məmmədova vurğulayıb ki, belə hallarda analar tez-tez hamiləliyin başa çatmaması problemi ilə rastlaşırlar: "Erkən yaşlarda qaraciyər, böyrəklər, qan-damar sistemi hamiləlik üçün hazır olmadığı üçün hamiləliyin qorunub saxlanması, sona çatmasında müəyyən problemlər müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır. Bu yaşlarda hamilələr problemlərlə az rastlaşırlar”.
Aktual.az
Xəbər 684 dəfə oxunub.