Qəbələ Mərkəzi Rayon Xəstəxanasından Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya daxil olub:
"Bu gün səhər saat 08:30 radələrində onlar xəstəxaya daxil olublar. Məlumata görə, hadisə ərəblərin qaldığı evdə baş verib. Hadisə zamanı evdə 7 nəfər olub, onlardan 1-i hadisə yerində dünyasını dəyişib. Yaralılardan ikisi bacı-qardaşdır, onlara bədənin 18-25 faiz termiki yanıq diaqnozu qoyulub. Yaralılardan ikisi ana və 1 yaşlı uşaqdır. Onlara 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Uşağın vəziyyəti nisbətən yaxşıdır, onun əlində yanıq var. Digər iki nəfər isə yaşlı qadın və kişidir, onların isə vəziyyəti nisbətən daha yaxşıdır".
Xəstəxanadan bildirilib ki, yanğının işlək vəziyyətdə qalan ütüdən başladığı ehtimal olunur.
***
Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə zamanı evdə olan Küveyt vətəndaşları - 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989 -ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirlir. (report)
***
Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.
Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.
Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yan ğın zamanı bir nəfər ölüb iki nəfər yaralanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (report)