Azərbaycanda istifadə olunan ən populyar axtarış sistemi məlum olub.
İKT.lent.az-ın "Global Stats" mərkəzinin məlumatlarına əsasən verdiyi xəbərə görə, ötən ilin dekabr ayının əvvəlinə qədər ölkədə ən populyar axtarış sistemi "Google"dur. Bu sistemə Azərbaycan bazarının təxminən 94,3 faizi məxsusdur. Ötən ilin əvvəlindən Azərbaycanda "Google" istifadəçilərinin auditoriyası təxminən 2 faiz artıb.
"Yandex" axtarış sisteminin Azərbaycanın internet bazarındakı payı 2,08 faiz təşkil edir. Sonrakı yerdə reytinqdə "Mail.ru" axtarış sistemi gəlir. Onun Azərbaycandakı bazar payı 1,26 faiz təşkil edir.
"Yahoo"nun bazar payı 1,13 faiz, "Bing" axtarış sisteminin payı isə 0,68 faiz olub.
Aktual.az