Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - Siyahı

Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - Siyahı

1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176,687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Bu barədə Aktual.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib.
Dövlət Qurumları Xarici borcun məbləği Min ABŞ dolları
"Azəravtoyol” 1050814,8
"Dövlət Su Ehtiyatları Agentliyi” 788111,1
"Azərbaycan Dəmir Yolları" 729136,8
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi 193006,8
Kənd Təsərrüfatı 139393,8
Digər qurumlar 284148,9

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR