Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd Azərbaycan prezidenti tərəfindən təqdim olunub.
Layihəyə əsasən qanunun 14-cü maddəsinə əlavə edilən “Qeyd”də bildirilir ki, “Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əməkqabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.