Bu il Azərbaycanda elektron ticarət dövriyyəsi artıb.
Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2016-cı ilin yanvar-mart aylarında elektron pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,1 faiz çox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışının dəyəri əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini real ifadədə 1,9 faiz üstələyərək 3075,4 min manata bərabər olub.