Azərbaycanda ekstremist qüvvələrin fəaliyyətinin qarşısı alınmalıdır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, dünyada baş verən siyasi böhran şəraitində Azərbaycan öz sabitliyini qoruyub saxlayır: "Bu da ölkəmizi istəməyən qüvvələri qıcıqlandırır. Bu sabitliyi pozan insanların hərəkətlərinin qarşısı məhz insanların hüquqlarının qorunması baxımından mütləq alınmalıdır".