Azərbaycanda cinayət törətmiş şəxslərin ekstradisiyasından imtinaya əsas verən halların sayı artırılır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdə bununla bağlı "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" qanuna dəyişikliklər edilir.
Yeni dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq, cinayət xüsusi ittiham qaydasında (zərərçəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda şəxsin ekstradisiyasından imtina edilə bilər.
Bununla yanaşı, sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən, şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulma da ekstradisiyadan imtinaya əsas olacaq.
Dəyişikliklərin edilməsində məqsəd ekstradisiya sahəsi üzrə qanunvericiliyi təkmilləşdirməkdir.