Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.
Aktual.az APA-ya xəbər verir ki, bununla bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bənd əlavə təklif edilir.
Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək.
Başqa sözlə, Azərbaycanda bu kateqoriyadan olan insanlar üçün yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.
Aktual.az
Xəbər 242 dəfə oxunub.