Azərbaycanda mənzil-kommunal xidmətlər üzrə dispetçer mərkəzləri yaradılacaq.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində öz əksini tapıb.
2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetlərinə mənzil-kommunal təsərrüfatı sahələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi üçün tədbirlərin görülməsi də daxildir. Bundan başqa, ortamüddətli prioritet kimi mənzil-kommunal təsərrüfatı sahəsində isteklakçıların hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Xəbər 343 dəfə oxunub.