Azərbaycanda dəhşətli virus təhlükəsi ilə bağlı açıqlama

Azərbaycanda dəhşətli virus təhlükəsi ilə bağlı açıqlama

Azərbaycanda "Zika" virusunun yayılması təhlükəsi yoxdur.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər.

Mərkəzin adının çəkilməsini istəməyən rəhbər şəxslərindən biri ölkədə epidemioloji vəziyyətə aydınlıq gətirərək qeyd edib ki, bu virusun Azərbaycana gəlib çatma ehtimalı yoxdur: ""Zika" ağcaqanadlar vasitəsilə yayılan xəstəlikdir. Braziliyada, Latın Amerikası ölkələrində yayılır. Bizdə isə hazırda qış fəslidir. Hazırda bu regionda ağcaqanadların aktiv hərəkət dövrü deyil. Ona görə də bizdə həmin xəstəliyin yayılma ehtimalı yoxdur".

Xatırladaq ki, bir müddət Avropada da bu xəstəliyin orada yayılma təhlükəsinin olmadığını bildirirdilər. Amma Ümumdünya Səhiyyə Təşkilatının dünən keçirilən iclasında (World Health Organisation) beynəlxalq miqyasda səhiyyə sahəsində "Zika" virusu ilə bağlı durumu fövqəladə vəziyyət kimi dəyərləndirib.

ÜST-ün toplantısında aparılmış müzakirələr nəticəsində "Zika" virusu ilə bu virusa yoluxmuş hamilə qadınların bətnində dölün anomaliyaları arasındakı əlaqənin "həddən artıq yüksək" olduğu vurğulanıb. Belə anomaliyalar arasında mikroensefaliya da var.

Rəsmi məlumatlara görə, Braziliyanın 18 ştatında "Zika" qızdırmasına yoluxmaqla bağlı 500 mindən artıq fakt qeydə alınıb. Peru və Venesuelada da bu xəstəlik yayılmağa başlayıb. Bundan başqa, Sakit Okean regionundakı bir sıra ölkələrdə, habelə Avropa və ABŞ-da da "Zika" virusu qeydə alınıb.

ÜST-ün açıqlamasında bildirir ki, "Zika" virusu ifrat yorğunluq, başağrıları, konyuktivit, dəridə səpmələr, qızdırma, əzələ və oynaqlarda ağrılara səbəb olur. Virusa yoluxmuş insanda bu simptomlar 2-7 gün müşahidə olunur. Virusa yoluxmuş insan istirahət etməli, çoxlu su içməli, qızdırma simptomlarına qarşı dərman preparatları qəbul etməlidir.

"Zika" virusunu ağcaqanadlar yayırlar. Hazırda xəstəliyə qarşı ən effektiv profilaktika da bu həşəratlardan maksimum qorunmaq hesab edilir.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR