Dövlət Miqrasiya Xidmətində (DMX) ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərlə söhbət aparılacaq.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, DMX-dan bildiriblər ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi yoxlanılmalıdır. Bu məqsədlə əcnəbi və vətəndaşlığı olmayan şəxslər DMX-da müsahibəyə dəvət olunublar. Müsahibələr aprelin 26, 27 və 29-da aparılacaq.
DMX-dan verilən məlumata görə, müsahibələrdə iştirak etmək üçün 73 nəfər dəvət olunub.