Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir? - RƏSMİ

Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir? - RƏSMİ

"İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələ deyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir".

Aktual.az xəbər verir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.

O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: "Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayıllı aktiv zonadır".
 
Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.
 
Qeyd edək ki, İsmayıllı rayonunda bir gündə iki zəlzələ baş verib. Zəlzələlər 3 bala qədər hiss olunub.
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR