Azərbaycanda daha bir türkiyəli iş adamı İnterpola verildi

Azərbaycanda daha bir türkiyəli iş adamı İnterpola verildi

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.

Aktual.Az-ın baku.ws-ə istinadən xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, 1971-ci il təvəllüdlü Yalhı Ömər külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın məlumatına görə, Y. Ömər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, ötən gün Azərbaycanda vergidən yayınan daha bir türk iş adamı axtarışa verilib. K. Heyse 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olub.

Aktual.az

Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR