Azərbaycanda daha bir səhmdar cəmiyyət fəaliyyətini dayandırıb.
Aktual.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, "Binəqədi Tikinti Mexanikləşdirmə" ASC ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 78a, 3121-ci məhəllə ünvanına bildirə bilərlər.