Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.
Aktual.az bildirir ki, bu barədə "Report"a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayon mərkəzi xəstəxanasında 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.