Azərbaycanda süni qiymət artımı yaradan şəxs tutulub.
Aktual.az apa-ya istinadən məlumat verir ki,-a istinadən məlumat verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində Bərdə Çörək Kombinatının mağaza müdiri İlqar Həsənov saxlanılıb.
O, son günlər respublikada manatın məzənnəsində baş verən dəyişiklikdən istifadə edərək süni qiymət artırmaqda təqsirləndirilir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında respublikada süni qiymət artımı yaradan şəxslərə qarşı qanuni tədbirlərin görülməsi barədə tapşırıq verib.
Aktual.az